Qırğızıstanın sabiq baş prokuroru ev dustağı edildi

qirgizistanin-sabiq-bas-prokuroru-ev-dustagi-edildi
Oxunma sayı: 1446

Qırğızıstanın sabiq baş prokuroru İndira Coldubayeva məhkəmənin qərarı ilə ev dustaqlığına yerləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Coldubayeva korrupsiya maddəsi üzrə cinayətdə iştirakda şübhəli bilinir. O, əsasən 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevi qanunsuz olaraq həbsdən azad etməkdə təqsirləndirilir.

Qeyd edək ki, İndira Coldubayeva 2011-2015-ci illərdə Qırğızıstan prezidenti aparatında məhkəmə islahatı şöbəsinə rəhbərlik edib, 2015-2018-ci illərdə isə ölkənin baş prokuroru vəzifəsində çalışıb.