Qırğızstanda Heydər Əliyev küçəsi

qirgizstanda-heyder-eliyev-kucesi
Oxunma sayı: 639


Küçənin açılışının qırmızı lentini Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov və Kant şəhərinin meri Erkin Abdraxmanov kəsib.  Hidayət Orucov çıxış edərək dünyanın bir çox ölkələrində  Heydər Əliyev adına küçələr, prospektlər olduğunu deyib. 

Tədbirdə Kant şəhərinin meri Erkin Abdraxmanov, Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin) deputatları, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, ictimai xadim Aydar Kerimkulov və digər ziyalılar çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan-qırğız  xalqlarının qardaşlığından söz açıblar.

Sonra  tədbir maraqlı konsert proqramı ilə davam edib.