Qırmızı işığa görə 16 min dollar cərimə

qirmizi-isiga-gore-16-min-dollar-cerime-
Oxunma sayı: 692

Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev deyib. Baş nazirin sözlərinə görə, cərimə Moskva və Sankt-Peterburq şəhərlərinə şamil ediləcək. “Qafqazinfo”nun AzNews.az və RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın digər regionlarında isə bu məbləğ 8 min dollar təşkil edəcək.

“Sürücülərin sürət həddini aşmasına görə də inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Təklif son müzakirələrdən sonra qüvvəyə minəcək” – deyə Medvedev bildirib.

Medvedev Rusiya Federasiyasında baş verən yol-nəqliyyat hadisələrinə də toxunub. O, bildirib ki, 2011-ci il ərzində Rusiyada yol-nəqliyyat hadisələrində 28 min insan həlak olub. 2012-ci ildə isə həddi-buluğa çatmamış uşaqlar 14 min qəza törədib. Həmin qəzalar zamanı 655 uşaq və yeniyetmə həlak olub, 15 minə yaxın insan isə yaralanıb.