“Qırmızı vərəqə bizi məcbur edir ki…” - Elmar Məmmədyarov

qirmizi-vereqe-bizi-mecbur-edir-ki
Oxunma sayı: 5260

““Qarabağ” çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir bildirib ki, oyunun qırılma nöqtəsi matçın 20-ci dəqiqəsində oldu: “Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.

Məmmədyarov onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 oyunda verilən qırmızı vərədə məqsədli şəkildə deyil:

“Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq”.

Nazir sözlərinə əlavə edib ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır:

“Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.