Amerikalı aktrisa Ember Herd rol aldığı “Aquaman” filminin premyerasına qatılıb. “Qafqazinfo” xəbər verir ki, 32 yaşlı aktrisa qırmızı xalça üzərinə fərqli obrazda çıxıb.
Herdin zümrüd rəngli libası su pərisindən ilhamlanaraq hazırlanıb. Bununla da, o, qala gecəsində ən diqqət çəkən məşhur olub.
Xatırladaq ki, ekran işində Nicole Kidman, Willem Dafoe və Dolph Lundgreni kimi məşhurlar rol alıb, layihənin rejissoru James Wadır.