Qırmızı xalçanın cazibədarları - Fotolar

qirmizi-xalcanin-cazibedarlari
Oxunma sayı: 664

Ötən gecə İngiltərənin paytaxtı Londonda “BAFTAS” mükafat gecəsi baş tutub. “Qafqazinfo” xəbər verir ki, “Royal Festival Hall”da baş tutan mərasimə kino dünyasının tanınmış simaları qatılıb. 

Yağışlı havada qırmızı xalça üzərinə çıxan məşhurlar fotoqraflara poza veriblər. 

Mərasimin əsas ulduzları Eleanor Tomlinson, Holly Willoughby və Anna Friel olub. Onların qlamur obrazı hər kəsin diqqətini çəkib. 

Hamilə olan  aktrisa Jennifer Metcalfenin isə zərifliyi  hər kəsin marağına səbəb olub. 

Gecədə Pictured L-R Candice Brown, Katya Jones və Victoria Hamilton zövqsüz tanınmışlar kimi tarixə düşüblər.