Qırmızı xalçanın qeyri-adiləri... - “Oscar” baş tutdu

Qırmızı xalçanın qeyri-adiləri...
Oxunma sayı: 4963

Ötən gecə Amerikanın Los-Angeles şəhərində 90-cı dəfə təşkil olan dünyanın ən böyük kino mükafat mərasimi olan “Oscar” baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, bu il də tədbirin aparıcısı Jimmy Kimmel olub.  “Dolby” teatrında baş tutan gecədə bir çox məşhur simalar iştirak edib. 

Tədbirdə ən yaxşı film “The Shape of Water”, ən yaxşı aktrisa Frances McDormand (Three Billboards Outside Ebbing, Missouri) , ən yaxşı aktyor Gary Oldman (Darkest Hour) , ən yaxşı rejissor Guillermo del Toro (The Shape of Water) , ən yaxşı köməkçi aktyor Sam Rockwell (Three Billboards Outside Ebbing, Missouri) , ən yaxşı köməkçi aktrisa Allison Janney (I, Tonya) ,ən yaxşı qısa film “The Silent Child”, xarici dildə ən yaxşı film “A Fantastic Woman” seçilib. 

Mükafat gecəsi başlamamışdan əvvəl məşhurların qırmızı xalça üzərindən keçidi baş tutub.  Ulduzların bir-birindən fərqli geyimləri isə digər keçirilən mərasimlərdən fərqlənib. 






































Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi