Qırmızı xalıdan metroya - Fotolar

qirmizi-xalidan-metroya
Oxunma sayı: 10866

Qırmızı xalının parlaq ulduzlarından sayılan aktrisa Keti Holms Nyu-York metrosunda görüntülənib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktrisa Manhattandan Nyu-Yorka getmək üçün yeraltı nəqliyyat vasitəsini seçib. 39 yaşlı Keti stansiyadakı avtomatdan kartını aldıqdan sonra qatara daxil olaraq kitab oxumağa başlayıb.

Gündəlik sadə geyimdə və başmaqlarda olan Holmsu qatardakılar tanımayıb. Ketinin tez-tez telefonla məşğul olması da diqqətdən qaçmayıb.