Qırmızıya bürünmüş birinci xanım - 4 min dollarlıq qalmaqal... + Fotolar

qirmiziya-burunmus-birinci-xanim
Oxunma sayı: 677

Florida ştatının Palm-Biç əyalətində yerləşən Mar-a-Laqo malikanəsinə istirahətə yollanan ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Amerikada işgüzar səfərdə olan Çin dövlət başçısı Si Tsinpinlə xanımı Pen Liyuanı qonaq edib.

“Qafqazinfo”nun “Tatler.ru”ya istinadən məlumatına görə, Melaniya Trampın naharda geyindiyi “Valentino” imzalı qırmızı rəngli libas bir çox KİV tərəfindən tənqid olunub. Buna səbəb isə libasın 4 min dollar dəyərində olması olub.