“Qırmızıya layiq deyildim” - Enrike

“Qırmızıya layiq deyildim”
Oxunma sayı: 124

“Bu həftə mənim üçün ağır keçdi. Zədədən yeni qayıtmışam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyunundan (1:1) sonra deyib.

Braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında qələbəyə bərabər nəticəyə imza atdıqlarını bildirib: "Oyunun nəticəsinə görə çox sevinirəm. Böyük uğurdur. Bizi qalib də saya bilərsiniz. İlk hissədə gözəl çıxış etdik. Ancaq futbolda belə nəticələrin qeydə alınması normaldır. Hesab edirəm ki, ən azı birinci hissədəki oyunumuzla buna layiq idik”.

Görüşün 59-cu dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan futbolçu hakimin sərt qərar verdiyini qeyd edib: "Komandamı azlıqda qoyduğum üçün kədərlənirəm. Hakim çox sərt qərar verdi. Hakimin idarəçiliyi haqda danışmağı xoşlamıram. Hamı səhv edə bilər. Düşünürəm ki, birbaşa qırmızı vərəqəyə layiq deyildim". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi