Qış Olimpiya Oyunları başa çatdı

qis-olimpiya-oyunlari-basa-catdi
Oxunma sayı: 2019

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Koreyada keçirilən turnirin ən çox medal qazanan ölkəsi Norveçdir. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.