Qısamüddətli yağış yağacaq

qisamuddetli-yagis-yagacaq
Oxunma sayı: 631

Şimal küləyi günün ikinci yarısında arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 16-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli