Qisas üçün ofis və maşınları yandırdılar - Fotolar

qisas-ucun-ofis-ve-masinlari-yandirdilar
Oxunma sayı: 2081

Braziliyanın Amazonas ştatının cənubundakı Madeyra çayı ətrafında qanunsuz qızıl mədənçilərilə bağlı əməliyyat keçirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bölgədə çay üzərindəki qanunsuz qızıl mədənçiliyində istifadə edildiyi müəyyən olunan sallar “Chico Mendes” Bioloji Müxtəlifliyin Qorunması İnstitutu (ICMBİO) tərəfindən yandırılılıb.

Qanunsuz qızıl qazmaçıları da buna qarşılıq olaraq Humaita şəhərindəki Ekologiya və Bərpa Olunan Təbii Ehtiyatlar İnstitutu (İBAMA) və İCMBİO-nun ofis və maşınlarını yandırıb.

Bölgəyə təhlükəsizlik briqadası göndərilib.

Qeyd edək ki, IBAMA tərəfindən 24 oktyabrdan bu yana aparılan əməliyyat zamanı 37 sal ələ keçirilmiş və bir hissəsi yandırılmışdı.