“Qiyamət anbarı” yenidən inşa ediləcək - Fotolar

qiyamet-anbari-yeniden-insa-edilecek
Oxunma sayı: 3537

Norveçin şimalındakı Svalbard adalar qrupunda buzlaqları arasındaki bir dağın 130 metr dərinliyində inşa edilən anbar yenidən tikiləcək

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qlobal istiləşmə səbəbindən ətrafdakı buz parçaları ərimiş və anbarı su basmışdı.

Norveç hökuməti sıradan çıxan anbarı yenidən inşa edəcək.

Məlumata görə, anbar qlobal təbii fəlakətlər zamanı qida, bitki və heyvanların qorunması üçün “Nuhun gəmisi” funksiyasını daşımaq məqsədilə hazırlanmışdı.

“Qiyamət anbarı” adı verilən yeni anbarın tikintisinin 2019-cu ildə başa çatması gözlənilir.