Qız qaçırmaq istədi, iki dəfə əlindən asfalta saldı - Video

qiz-qacirmaq-istedi-iki-defe-elinden-asfalta-saldi
Oxunma sayı: 2835

Şimali Osetiyada gülməli, bir o qədər də qorxulu qız qaçırma hadisəsi baş verib.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, bir qrup gənc ticarət mərkəzinə girmək istəyən gənc qızın başına torba keçirərək onu qaçırmağa çalışıb. Qızı qucağına alan bəy namizədi iki dəfə onu əlindən asfaltın üzərinə salıb. Daha sonra isə avtomobillərinə minərək uzaqlaşıblar.

Sosial şəbəkədə isə həm qız qaçırma adəti, həm də qızı əlindən salan oğlanın onun həyatına qarşı məsuliyyətsizliyi qınaq obyektinə çevrilib. İzləyicilərdən çoxu asfalta çırpılan qızın yaşayıb-yaşamamasından narahat olublar.