Qız Qalasının önündə canlı konsert - Fotolar

qiz-qalasinin-onunde-canli-konsert
Oxunma sayı: 1581

Dahi bəstəkar Üzeyir Hacıbəylinin  132-ci doğum günü ərəfəsində respublikamızda ənənəvi musiqi tədbirləri keçirilir. Ölkəmizdə qeyd olunan Milli Musiqi günü ilə bağlı Azərbaycan Televiziyası , Mədəniyyət kanalı  və İçərişəhər Dövlət Qoruğu İdarəsinin birgə layihəsi əsasında 18 sentyabr tarixində “Musiqi Günü” adlı konsert keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qız Qalasının önündə keçirilən konsertdə əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri çıxış edib.

Konserti kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqov idarə edib.

Qeyd edək ki, konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev , Arif Məlikov , Səid Rüstəmov , Qənbər Hüseynli, Ramiz Mirişli , Elza İbrahimova və digər bəstəkarlarımızın əsərləri səslənib.

Konsertin gedişatında Azərbaycan Televiziyasının solistləri və Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Almaxanım Əhmədli, Pərviz Qasımov  adı çəkilən bəstəkarlarımızın mahnılarını ifa ediblər.