“Qıza 50 manat verdim ki, çıxsın” - Arifə hakim qarşısında

“Qıza 50 manat verdim ki, çıxsın”
Oxunma sayı: 73

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan iclasda  zərərçəkmişlərin dindirilməsi mərhələsi keçirilib.

Zərərçəkmiş İlkin Qəhrəmanov deyib ki, öncədən bir qızla telefonda danışaraq onun dediyi yerə gəlib: “Məni qarşılayan qız Arifəyə oxşayır, amma tam xatırlamıram. Mən oturan kimi stola içki verdilər. Bir az sonra qıza 50 manat verdim ki, hesabı çıxıb qalanını qaytarsın. O gedən kimi hesabı gətirdilər, 150 manat idi. Mən ödəməkdən imtina etdim, bir neçə nəfər gəldi, ödəməli olduğumu dedi. Yenə də etiraz etdim, bir nəfər məni çəkib sinəmdən vurdu. Amma vuran adam yadmda deyil. Sonra əvvəl verdiyim 50 manatı qaytarmayıb məni buraxdılar”.

Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək.

İttihama görə, İ.Qəhrəmanovun başına gələn hadisələr Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi