Qızı atası üçün mahnı oxudu... - Miri Yusifin ad günündən görüntülər

qizi-atasi-ucun-mahni-oxudu
Oxunma sayı: 4715

Əməkdar artist Miri Yusif özünə və oğlu Miri Cahidə ad günü edib.  “Qafqazinfo” xəbər verir ki, müğənninin 41, övladının isə 1 yaşı tamam olub. 

Bakının məşhur restoranlarının birində baş tutan gecədə incəsənət dünyanının bir neçə tanınmış simaları, Miri Yusifin yaxın dostları iştirak ediblər. 

Xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Günay İbrahimli və Azad Şabanov gecədə iştirak edən məşhurlar sırasında olub. 

Məclisdə baş verən digər maraqlı məqam isə ifaçının qızı Adelya atasını mahnı oxuyaraq təbrik etməsi olub.  Ad günündən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.