Qızı Coliylə qalmaq istəmir

qizi-coliyle-qalmaq-istemir
Oxunma sayı: 1957

Hollivudun iki məşhur ulduzu- Bred Pitt və Ancelina Colinin 12 yaşlı qızı Şiloh çətin günlər yaşayır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın “Star” dərgisi məlumat yayıb. 

Jurnal yazır ki, Ancelinayla yaşayan Şiloh anasının sərt qaydalarınan bezib və onunla yaşamaq istəmədiyini bildirib. 
Colinin istəyi və proqramına görə, bir neçə şəhər gəzən, başqa ölkələrdə yaşamağa məcbur olan qız atasıyla daha çox vaxt keçirmək istədiyini deyib.  

Dərginin məlumatına görə, Şiloh hətta anasıyla ciddi mübahisə etdiyi, onunla qalmaq istəmədiyini bildirib. 

Qeyd edək ki, Şilohdan əlavə, 16 yaşlı Maddox, 14 yaşlı Pax Thien, 13 yaşlı Zahara və 9 yaşlı əlizləri Knox və Vivienne Ancelina ilə qalır.