Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü

qizigile-qonaq-geden-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1544

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” markalı avtomobil qadın piyadanı vurub. Bədən xəsarəti alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, qadın Samux rayon sakinidir və o, qəsəbəyə qızıgilə qonaq gedirmiş. Hazırda ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

Goranboyda avtomobillə vurulan piyadanın kimliyi məlum olub. Belə ki, Lətifli Maarif idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini, 1948-ci il təvəllüdlü Nüvar Məmmədovanı vuraraq öldürüb.

Elmar Əli