Qızıl alverçilərini aldadan polis və anası apellyasiya şikayəti verdi

Qızıl alverçilərini aldadan polis və anası apellyasiya şikayəti verdi
Oxunma sayı: 929

Dələduzluqda təqsirləndirilərək həbs edilən polis Şaiq Qurbanov və anası Almaz Qurbanova barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar 9 nəfər qızıl alverçisindən külli miqdarda qızıl alıb pulu ödəməməklə dələduzluq etməkdə ittiham ediliblər.

İttihama görə, 1969-cu il təvəllüdlü Almaz Qurbanova və onun oğlunun əməllərindən vətəndaşlar Gülbəniz Səttərova 22.820 manat, Səidə Yusifova 11.300 manat, Rəhilə Rəsulova 33.787 manat, Əntiqə Əsədova 38.949 manat, Elyanə Məmmədova 1130 manat, Sevda Seyfəliyeva 3.500 manat, Minayə Rəhimova 5.500 manat, Gülər Rəhimova isə 13.500 manat dəyərində zərər çəkib.

Ş.Qurbanov Suraxanı rayon Mühafizə Polisinin əməkdaşı olub. Anasının və özünün əməllərindən sonra daxili işlər orqanlarından xaric edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Ş.Qurbanov isə 7 il müddətinə azadlıqdan məhrum edilib və istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.

Ana və oğulun şikayəti icraata götürülüb. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə noyabrın 16-da keçiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi