Qızıl Ayparadan humanitar aksiya

qizil-ayparadan-humanitar-aksiya
Oxunma sayı: 645

Avropa Litseyinin təşəbbüsü, Pak Dad restoranlar şəbəkəsinin dəstəyi və Azərbaycan Qızıl Aypara cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilmiş humanitar aksiyadan Suraxanı rayonunda yerləşən uşaq evinin sakinləri bəhrələnib. Tədbir 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə həyata keçirilib.

Bayram şənliyi Pak Dad restoranında reallaşmışdır. Şənlikdə uşaq evinin sakinləri ilə birlikdə Avropa litseyinin şagirdləri birgə əyləniblər. Belə ki, orada uşaqlar üçün bayram süfrəsi açılıb və rəngarəng musiqi proqramı təqdim olunub. Avropa litseyinin şagirdləri tərəfindən uşaq evinin sakinlərinə öncədən hazırlanmış maraqlı viktorinalar və oyunlar təqdim olunub.

Tədbirdə həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Avropa litseyinin şagirdləri tərəfindən uşaqlara müxtəlif hədiyyələr də verilib. Pak Dad restoranı isə öz növbəsində tədbir iştirakçılarını cürbəcür dadlı təamlarla sevindirməyə nail oldu. Sonda iştirakçılar Pak Dad restoranlar şəbəkəsinin rəhbərliyinə, Avropa Litseyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təşkil olunmuş maraqlı bayram şənliyi üçün öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, Cəmiyyətin Bakı şəhərində fəaliyyət göstərən rayon bölmə sədrləri, Pak Dad restoranlar şəbəkəsinin rəhbərliyi və eyni zamanda Avropa Litseyinin müəllimləri iştirak edib. Sonda Pak Dad restoranlar şəbəkəsi və Avropa litseyinə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Fəxri Fərmanlar, Avropa litseyin şagirdlərinə isə Tərifnamələr təqdim olunmuşdur. Ümumilikdə tədbir çox şən və maraqlı keçib.