Qızıl “iPhone 6”nın sifarişləri başlayıb

qizil-iphone-6nin-sifarisleri-baslayib
Oxunma sayı: 1254


Həm ənənəvi (qızıl və ya platin korpus), həm də Svarovski kristallarından istifadə edilmiş aparatlar təklif edilir. Bundan başqa, cihazın arxa panelinə yeddi dövlətin (Küveyt, İraq, Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) gerbi həkk edilmiş “iPhone 6” smartfonunun 99 nüsxəsi satışa çıxarılacaq. 

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, şirkətin iddiasına əsasən, artıq bir neçə həftədən sonra bu smartfonu satın almaq mümkün olacaq. “Goldgenie” şirkətinin müştəriləri 4,7 düymlük ekranlı modelə ümid edə bilərlər. 

Qızıl korpuslu standart versiyanın qiyməti 3500 dollar olacaq. Hazır məhsul qiymətli növə məxsus ağac qutuda tədarük olunur.