Qızıl medal aldıq

qizil-medal-aldiq-
Oxunma sayı: 645

Çempionatın ikinci günündə mübarizə aparan sərbəst güləşçilərimiz 1 qızıl medal qazanıb. 54 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı güləşçi Sultan Nəsrullayev ardıcıl olaraq Ermənistan, Rusiya, Gürcüstan və Hindistandan olan rəqiblərinə qalib gəlib və qızıl medal qazanıb.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatında başa çatan sərbəst güləş yarışlarında güləşçilərimiz ümumilikdə, 1 qızıl və 2 bürünc medal qazanıb. Ümumi komanda hesabında Azərbaycan yığması 47 xalla 6-cı yeri tutub. Komandamızı Rusiya, İran, Hindistan, Qazaxıstan və ABŞ yığmaları qabaqlayıb.

Yeniyetmələrin dünya çempionatında bu gün və sabah yeniyetmə qızlar mübarizəyə qoşulacaq. çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaq.