“Qızıl Palma”nın builki qalibi elan olundu - Fotolar

qizil-palmanin-builki-qalibi-elan-olundu
Oxunma sayı: 1418

72-ci Kann Film Festivalında “Qızıl Palma” mükafatı sahibinə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, mayın 14-də başlayan festival mükafatlandırma mərasimi ilə başa çatıb. Festivalın builki qalibləri:

“Qızıl Palma” sahibi – “Parazitlər”, Pon Çjun Ho (Cənubi Koreya)

Qran-pri – “Atlantika”, Mati Diop (Fransa)

Ən yaxşı rejissor – Dardenn qardaşları, “Gənc Əhməd” (Belçika)

Ən yaxşı ssenari – Selin Skyamma, “Alov içində gənc qadının portreti” (Fransa)

Ən yaxşı aktyor – Antonio Banderas, “Ağrı və şöhrət” (İspaniya)

Ən yaxşı aktrisa Emili Biçem, “Körpə Co” (Avstriya, Almaniya, Bpyük Britaniya)

Münsiflərin mükafatı – Kleber Mendonsa Filyo və Juliano Dornel, “Çobanaldadanlar” (Braziliya), Lac Li “Rədd olunmuşlar” (Fransa), “Günəş heç vaxt batmır”, Oliver lakse (İspaniya, Fransa, Lüksemburq).

Xüsusi baxış – “Görünməz həyat”, Karim Aynuz (Braziliya)