“Qızıl şir”ə o layiq görüldü - Video

“Qızıl şir”ə o layiq görüldü
Oxunma sayı: 678

İtaliyanın Lido adasında keçirilən 76-cı Venesiya kinofestivalının “Qızıl şir” mükafatına ispan rejissoru Pedro Almodovara layiq görülüb.

“Qafqazinfo”nun məlumatına görə, festivalın münsif heyətinin rəhbəri Alberto Barbera Almodovarı “Bunüeldən sonra böyük və ən nüfuzlu ispan rejissoru” adlandırıb.

“Bu, vacib mükafatdır, xüsusən də, əgər onu sizə verirlərsə. Nəzərə alsaq ki, mən rejissorluq fəaliyyətimə məhz Venesiyada başlamışam, bu, mənim üçün xüsusi bir hissdir”, - deyə rejissor fikirləri ilə bölüşüb.

Qeyd edək ki, Almodovar Venesiya kinofestivalında ilk dəfə 1983-cü ildə iştirak edib. 1998-ci ildə münsiflər onu “Əsəbləri tarıma çəkilən qadınlar” filminə görə ən yaxşı ssenarist mükfatına layiq görüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi