“Qızılbaş” proqramı başa çatdırdı

qizilbas-proqrami-basa-catdirdi
Oxunma sayı: 1452

“Qafqazinfo”nun məlumatına görə, 3 aylıq layihə zamanı Füzuli və Beyləqan rayonlarında xüsusilə də məcburi köçkün gənclərin iştirakı ilə seminarlar təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Bölgə gənclərinin kompüterdən səmərəli istifadə bacarıqlarının artırılması üzrə təlimlər” layihəsi çərçivəsində keçirilən seminarlarda gənclərə informasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı məruzələr edilib, praktiki məşğələlər təşkil olunub.

Təşkilatın koordinatoru olan Mirmehdi İbişov bildirib ki, bu gün Azərbaycanda gənclərin böyük bir hissəsi hələ də internetdən səmərəli istifadə edə bilmir. Buna görə də o bu kimi maarifləndirmə proqramlarının davamlı olmasının vacibliyini bildirib.