“Qızım nikahdankənar doğulub”- - Təranə Səmədova

qizim-nikahdankenar-dogulub-
Oxunma sayı: 2628


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, prodüser həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırıb.

O, qızını nikahdankənar dünyaya gətirdiyini etiraf edib:

“Mən ikinci dəfə ailə qurmamışam. Övladım nikahdankənar dünyaya gəlib. Əlbəttə ki, bunu söyləyərək qadınları nikahdankənar uşaq dünyaya gətirməyə çağırmıram. Buna görə istəyirlər məni qınasınlar, istəyirlər qəbul etsinlər. Məni maraqlandırmır. Yaşadıqlarımla hansı qadın üzləşsəydi, eyni addımı atardı. Mənim başqa çıxış yolum yox idi. Övladım mənim üçün stimul oldu. Çünki nə üçün yaşadığımı bilmirdim, qızım məni həyata bağladı. İndi tənha anayam, qızımı tək böyütməyimlə də fəxr edirəm”.