“Qızım tez-tez gözə gəlir”

qizim-tez-tez-goze-gelir
Oxunma sayı: 2199


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, o, 8 aylıq qızı Natellanı mediadan uzaq tutmasının səbəblərini açıqlayıb: 

"Həyatda tək özümüz üçün yaşamırıq. Qızımıza bağlıyıq, onu böyüdürük, üstündə əsirik. Hər gün yeni bir hərəkətini kəşf edirik. Hələ ki, onu mediadan uzaq tuturuq, şəkillərinin yayılmasını istəmirik. Tez-tez gözə gəlir. Bizdə adətdir axı, uşaq bir az narahat olan kimi deyirik ki, göz dəydi. Mən tez darıxan insanam, bir yerdə qala bilmirəm. Amma ailə qurandan sonra bu xasiyyətim dəyişib. Mənim bir ailəm var və bu sona qədər gedəcək. Sənətimdən də müəyyən vaxt üçün uzaqlaşmışam. Qızıma dayə tutmamışam. Xoşlamıram bu ifadəni. Bizi sevən insanlar var ki, ona baxmağımıza kömək edirlər".