“Qızıma 2 dəfə elçi gəlib”

qizima-2-defe-elci-gelib
Oxunma sayı: 12460


Sənətçi Axşam.az saytına açıqlamasında bu gün Türkiyəyə yola düşdüyünü və mərasim üçün libas alacağını deyib. Ad gününün  ssenarisindən bəhs edən Fatimə burada ilkə imza atacağını da söyləyib:

“Mərasim çox qeyri-adi keçəcək. Elə bir plov təqdimatı gerçəkləşdirəcəyik ki, hələ Azərbaycanda beləsinə rast gəlinməyib”. 

Qocalmaqdan qorxmadığını desə də,  rəqqasə yaşını azaltdığını da etiraf edib:

 "Simam çox gəncdir. Heç kim mənə baxıb Aydan boyda qızım olduğuna inanmır. Bu il 36 yaşım tamam olur. Amma mən hər kəsə 35 yaşımı qeyd edəcəyimi deyirəm”.

 “Qaynana olmaqdan qorxmursunuz” sualına isə rəqqasə belə cavab verib: 

“Qızım hələ balacadır. Onun erkən yaşda ailə qurmasını istəmirəm. İki dəfə elçi gəlib, amma onlara yox demişəm. İstəyirəm Aydan çox yaxşı bir insana ərə getsin. Çünki uğursuz evlilik bir dəfə öz başıma gəlib”.