“Qızımın arxasındayam...” - Zümrüd Yağmur

qizimin-arxasindayam
Oxunma sayı: 11198

Xəbər verdiyimiz kimi, bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atası barədə sensasiyalı bəyanatla çıxış edib. Sözügedən bəyanatdan sonra  F. Qəhrəmanlı feysbukda status yazaraq qızının profilinin oğurlandığını vurğulayıb. 

“Qafqazinfo”nun əməkdaşı məlumatı dəqiqləşdirmək üçün F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla əlaqə saxlayıb. Z.Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:

“Əvvəllər zəng edib mənim nə yeyib içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.

Günel Türksoy