“Qızımın problemlərini özüm həll etməyə çalışacam”

qizimin-problemlerini-ozum-hell-etmeye-calisacam
Oxunma sayı: 2565


“İlqarə tənbəlliyin daşını dərin quyulara atsın. Biz çox fərqliyik. İfa tərzimiz fərqlidir.Etiraf edim ki, İlqarədə olan bacarıq məndə yoxdur. Məndə olandan da onda yoxdur. Yoxsa İlqarə mənim kopyam olsaydı, maraqsız olardı. Qızım mənim təzə müğənniliyə başlayan illərimə oxşayır. İlqarə ilk dəfə 5 yaşında oxuyanda şok olduq. İlqarə ilə planımızda duet oxumaq var. Alla Puqaçova ilə qızının dueti möhtəşəm alınmışdı. Kimsə cürət edər, dombalaq aşmaq istəyər, aşmayın. Qızımın problemlərini özüm həll etməyə çalışacam. Qızım üçün primadonna İlhamə Quliyevadan xeyir-dua və titul istəyirəm. “Star qızı”, “Balaca diva” variantlarını söyləyirəm, seçim İlhamə xanımındır”.