Qızımız erməni həmkarına qalib gəldi

qizimiz-ermeni-hemkarina-qalib-geldi
Oxunma sayı: 635

Rapidin 7-ci turunda Gülnar Məmmədova Ermənistan şahmatçısı Elina Danielyana qalib gəlib, Nərgiz Umudova Nino Qureli (Gürcüstan) ilə heç-heçə oynayıb. Turun yekunlarına görə, Gülnar Məmmədova 3,5 xalla 25-ci yerdə, Nərgiz Umudova hələlik 1 xalla turnir cədvəlinin sonuncu yerindədir.

Liderlər üçlüyünə hər biri 5,5 xal toplamış Hampi Koneru (Hindistan), Antoaneta Stefanova (Bolqarıstan), Katerina Laqno (Ukrayna) daxildirlər. Hindistan şahmatçısı əlavə göstəricilərə görə birinci yerdədir.