Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayır

qizina-qarsi-iyrenc-hereket-eden-atanin-mehkemesi-baslayir
Oxunma sayı: 3043

Yetkinlik yaşına çatmayan doğma qızına zorla seksual hərəkətlər edən atanın məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nuşirəvan Hacıyev barəsindəki cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızı Z-yə qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur..
Cinayət işinin məhkəmə istintaqı hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.