Qızından danışanda ağladı- - Fotolar

qizindan-danisanda-agladi-
Oxunma sayı: 2754


“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə muz tv-yə danışıb. İkinci evliliyindən oğul övladı dünyaya gələn Məhərrəmlinin uşağı gizlətməsinin əsaslı səbəbləri var: 

“Nə edirsən et, deyirlər ki, bu özünü reklam edir. Əgər bir insana rəğbətiniz varsa, xoş sözlər yazın. Əgər yoxdursa heç nə yazmayın. Ola bilər sən məni tanıyırsan, mən səni tanımıram. Amma sənin yazından ki, Allahın xəbəri var. Allah bilir ki, sən qəlbə dəyirsən”.

Deyilənə görə, evin sonbeşiyi daha sevimli olur. Məhərrəmli bu fikrə belə cavab verib: 

“Tam əksinə. Evin ilki daha şirin olur. Mənim üçün Əfşanı əvəz edəcək bir övlad təzədən dünyaya gələ bilməz. Əfşanla öyrəndim sevinməyi, onunla başladım xoş günləri  və kədəri görməyə. Həyatda bütün ağrını, acını, şirinliyi, dadı, duzu hamısını Əfşanda gördüm”. 

Danışdıqca kövrələn Vasif bəy göz yaşlarına hakim ola bilməyib.