Qızını baltalayıb qaçan ata saxlanıldı

qizini-baltalayib-qacan-ata-saxlanildi
Oxunma sayı: 1395

Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri axtarış-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə vurulub və ağır xəsarət alıb. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.