Qızını bıçaqlayan anaya hökm oxundu

Qızını bıçaqlayan anaya hökm oxundu
Oxunma sayı: 870

Bakı Ağır Cinayətlər Məhkəməsində icazəsiz çimərliyə gedən  qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovaya hökm oxunub. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə A.Rüstənovaya şərti cəza verilib və o, həbs edilməyib. 

Ötən iclasda ifadə verən A.Rüstəmova deyib ki, böyük qızı Cəmalə sözünə baxmayıb: "Həmin gün də yoldaşım xəstə idi, evdə yataqda yatırdı. Bir az söz-söhbət oldu, Cəmalə də həmin vaxt qapıda dayanmışdı. Ona dedim ki, bu tərəfə keç, sözümə baxmadı, əsəbiləşib vurdum”.

Məhkəmədə məlum olub ki, A.Rüstəmova istintaq zamanı qızını ondan icazəsiz çimərliyə getdiyi üçün vurub: “Yoldaşımdan ayrılmışam, evlərdə xadiməlik edərək qızlarımı böyütmüşəm. Həmin gün Cəmalə icazəsiz çimərliyə getmişdi, ordan da gec gəldi. Mən bunu irad bildirdim, sözümə qulaq asmadı, mübahisə etdik, onu bıçaqla vurdum”.

Zərərçəkən C.Rüstəmova xanəndəliklə məşğul olub. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi