Qızını öldürən atanın məhkəməsi başlayıb

Qızını öldürən atanın məhkəməsi başlayıb
Oxunma sayı: 846

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını öldürməkdə təqsirləndirilən İlqar Qurbanovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses fevralın 21-də davam etdiriləcək. 

İttihama görə, Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək “20 Yanvar” metrostansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Ata qızı ilə söhbət edə-edə onu binaların arasına aparıb, orada qızına əxlaqsız həyat tərzi keçirdiyini irad tutaraq onunla mübahisə edib. Daha sonra bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək ölüb. İ.Qurbanov isə onun cəsədinin başından ayrılmayaraq polislərin gəlməsini gözləyib və onlara təslim olub. 

Murad Əhməd

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi