Qızını rüşvət verərək universitetə qoydu - Həbs edildi

qizini-rusvet-vererek-universitete-qoydu
Oxunma sayı: 1897

“Desperate Housewives” (“Ümidsiz ev qadınları”) serialının qəhrəmanı, “Emmi” və “Qızıl Kürə” mükafatçısı Felicity Huffman həbs olunub. “Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisanın qızının universitetə qəbul edilməsi üçün rüşvət verdiyi iddia edilir. 

O, qızı Sofianın imtahanda topladığı balı qeyri-qanuni yolla artırıb. Fuffman bunun üçün universitet əməkdaşı Rik Sinqerə 15 min dollar ödəniş edib. 

R. Sinqerin həbs olunmasından sonra digər şübhəlilər polis şöbəsinə çağırılıb. Aktrisa daxil olmaqla daha 50 nəfər də həbs edilib.