Qızlar məktəbində kütləvi zəhərlənmə oldu

qizlar-mektebinde-kutlevi-zeherlenme-oldu
Oxunma sayı: 644

Əfqanıstanın Təxar əyalətində qızlar məktəbinin tələbələri arasında kütləvi zəhərlənmə baş verib. Rəsmilərin verdiyi məlumata görə, 125 tələbə ürəkbulanması şikayəti ilə eyni xəstəxanaya müraciət edib. Bəzi tələbələrin vəziyyətinin ağır olduğu bildirilir. Polis zəhərlənmənin səbəbini hələlik müəyyənləşdirə bilməyib. Tələbələr özləri içdikləri sudan zəhərləndiklərini iddia etsələr də, məktəb rəhbərliyi zəhərlənmənin havadan baş verə biləcəyi ehtimalını irəli sürüb. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

anspress