“Qızlara cavab yazmıram” - Fotolar

qizlara-cavab-yazmiram-fotolar
Oxunma sayı: 811

ATV telekanalının siması, “Sən də oyna” verilişinin aparıcısı Samir Bayramlının “Qafqazinfo”ya müsahibəsi:

- Samir sizin bu yaxınlarda bir xanımı öpən zaman çəkilən fotonuzla gündəmə dəldiniz. Hətta sizə şorgöz aparıcı adı da qoyuldu. Şorgöz adının üstündə qalacağından qorxmursan?

- Yox qorxmadım. Nəzərə alsaq ki, şou-biznesdə bütün bu baş verənləri- bir çox tamaşaçıların şou aləminə mavi ekran deməsini - şorgöz sözü mənim üçün bir tərifdir. Digər tərəfdən baxanda şorgöz adı ilə fəxır etmək də düz deyil. Amma onu da deyim ki, mətbuatda çıxan o xəbər başdan ayaqa yanlış anlaşılmadır. Sadəcə olaraq iki qız arasında bir söhbət olmuşdu, mən də o, xanımı başa salırdım. O xanımla söhbətləşirdik. Kənardan da jurnalistlər çəkib vermişdilər mətbuata. Səhər açıldı gördüm mətbuatda inanılmaz xəbərlər çıxıb.
Bir çoxları canlı efirdən çəkinirlər, lakin mən özümü canlı efirdə daha rahat hiss edirəm. Düzdür, bəzi anlarda hansısa kəlmələri redaktor mənə işlətməməyi məsləhət görür. Mən dostlarımla oturub istədiyim kimi danışa bilərəm. Amma bu o demək deyil ki, bu kəlmələri mən efirdə də işlədə bilərəm. Dilin agızda böyük olmasından bir sıra qüsurlar yaranır. Mən məktəbi qırmızı diplomla bitirmişəm. Junalistika fakultəsinin tələbəsiyəm. Müəllimlərim də bu sahədə öz sözlərini demiş insanlardırlar. Mən təbii ki, el şənliklərində, tədbirlərdə, bağlı məkanlarda aparıcılıq edirəm. Hər birinin öz fərqi var. Bu sahədə tənqidlərin olması normaldır.

Əlbəttə ki, sutkanın 24 saatını toy aparıcılığı etmirəm. Bilirsiniz ki, bəziləri efirdə toyda onlara “bomba” demələri üçün aparıcılıq edirlər. Digərləri isə əksinə bunu öz işi olaraq görürlər. Mən əgər televiziya məkanında çəkdiyim əziyyətin bəhrəsini görməyəcəyəmsə, onda bu işlə niyə məşğul oluram? Gedib başqa işlə məşğul olaram. İşim mənə pul gətirməlidir.

- Klubların öz tərzi var. Toylar isə tamam əksinə bunları necə səciyyələndirirsiniz?

- Mənim apardığım el şənlikləri təbii ki? seçilir. Aparıcılıığımla bağlı indiyə kimi hər hansı bir mənfi söz eşitməmişəm.

- Hazırda bəzi aparıcılarda mənəm-mənəmlik yaranıb. Sizdə necə?

- Mən özümə hörmət edirəm. Hansısa dükanında cərgə deyiləm ki, özümü nömrələyəm. Mən sıralarda olmaq istəmirəm. Hər bir aparıcı özündən böyüyə yaradıcılıqda hörmət etməyə borcludur. Mən məktəbdə oxuyanda İlkin Həsəni televiziyada aparıcı idi. Təbii ki, mən müştəbehlik edə bilmərəm. Ölkəmizdə ümumiyyətlə belə bir ənənə var. Sən əgər bir kanalın simasısansa, səni digər efirdə göstəmirlər. Bu umumiyyətlə mənə çatmır. Dünyanın heç bir yerində belə bir praktika yoxdur. Mənim istənilən bu məkanda olan insanlarla münasibətim normaldır. Həyatım boyu efirdən olan insanlarla şəxsi həyatımda dostluq etmərəm. İş vaxtından sonra kimləsə dostluq etməyim səmimiyyət qurmağım yadıma gəlmir. Hər birinə hörmətim var. Hətta bəzi anlar olub məndən efirdə bəzi sirləri öyrənərək bəzi məsələləri soruşubar. Təbii ki, hər zaman əlimdən gələni əsirgəməmişəm. Mənim qoluma etdiyim döymə aktuallığını itirmir. Hətta bəzi zamanlar insanlar tatu salonlarına gedib məhz mənim döyməmi sifariş edirdilər. Bəzi məsələlər var ki, onu öyrənirsən, bəziləri isə artıq istedadın nəticəsidir. Hər zaman doğruları danışmağın tərəfdarıyam.

Həyat təcrübəmdə məndən xoşu gəlməyən, lakin sonradan dostluq etməyə çalışan insanların şahidi olmuşam. Efirə baxan bəzi insanlar məni özündən razı olaraq görsələr də, həyatda tanışlıqdan sonra bunun belə olmadığının şahidi olublar. Özündən razılıq və özünə güvən tamam ayrı-ayrı məfhumlardır. Bəli. Məndə özümə güvən var.

- Efirə çıxarkən sizin geyimlərinizə müdaxilə edən olubmu?

- Ağlım dərk edəndən bəri geyimlərimə kiminsə qarışdığı yadıma gəlmir. Hər kəs yaraşıqlı görünə və qəşəng geyinə bilər. Amma ölkəmizdə qəşəng geyindirə bilən insan tanımıram. Ən böyük məsələlərdən biri də efir geyimidir. Son zamanlar efirlərimizdə belə bir ənənə peyda olub. Aparıcıların əksəriyyəti bir-birilərini təkrarlayır və bənzəyirlər. Son dövrün aparıcılarının öz stili, öz yolu yoxdur. Geyim ümumiyyətlə individualdır. Hər zaman danlanan tərəfim efirə saqqalı çıxmağımla bağlı olub. Düzdür. Çox irad tutsalar da öz bildiyimi etmişəm. Məsələn aparıcılarımızdan Murad Arifin öz stili var. O nə geyinsə də bir kəlmə danışmağı belə artıq ətrafdakılar özünə cəlb etməyə kifayətdir.

- Belə bir ifadə işlətdiniz. Samiri 2 manatlıq çay evlərində görmək mümkündür. Bəs iki manatlıq paltarda necə?

- Əlbəttə mümkündür. Xüsusi brend və ya marka həvəskarı deyiləm. Dəbli nə varsa, ala bilərəm. Məsələn mən 5 manata da köynək alıb geyinə bilərəm. Hətta dostlarıma paltarın qiymətini açıqlayanda inanmırlar. Mənim dərzim var. Aldığım geyimlərin əksəriyyətinin üzərində dəyişikliklər edir. Məncə zövq əsas rol oynayır. Geyimə xərclənən pulun bir önəmi yoxdur. Azərbaycanda özünə uyğun geyinən gənclərimiz var.

- Bəzi gənc aparıcılar özlərinə sosial şəbəkələrdə səhifələr açırlar. Buna münasibətiniz necədir?

- Mən sosial şəbəkələrdə çox olmuram. Hətta sizə deyim gənc dostum mənim üçün sosial şəbəkədə səhifə açıb. Lakin mən bunun aludəçisi deyiləm. Mənim sosial şəbəkələrdə insanlara cavab yazmağa çox vaxtım olmur.

- Şou biznes nümyəndələri ilə münasibətiniz necədir?

- Mənim hər birinə hörmətim var və aralarında dostlarım da var. Yaşarın adını çəkə bilərəm. Müğənni Röya ilə dostam. Bir çox müğənnilərin adlarını çəkə bilərəm. Brilliant Dadaşova ilə heç bir zaman üzləşməmişəm.

- Şəxsi həyatınızla bağlı nə deyə bilərsiniz?

- Hələ ki gəncəm. İnsanlar kimi normal həyatıma davam edirəm. Facebook sosial şəbəkəsində mənə çox yazırlar. Mənə yazan qızların 99 faizinə cavab yazmıram. İnanın bəziləri var. Aylardır mənə yazırlar... Mən deyərdim öz-özlərinə danışırlar. Onlara cavab yazmıram. Amma bezmirlər.

Aynur B.