Qızları Mixail Xaçaturyanı öldürdü

qizlari-mixail-xacaturyani-oldurdu
Oxunma sayı: 11969

Cinayətkar aləmdə tanınan Mixail Xaçaturyan Moskvadakı evində qızları tərəfindən öldürülüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, 57 yaşlı Xaçaturyanı 17, 18, 19 yaşlarındakı qızları Kristina, Angelina və Mariya qətlə yetirib. Onun boynu və bədəninin digər nahiyələri kəsilmiş-deşilmiş olan cəsədi çoxmərtəbəli binanın  girişində tapılıb. Şübhəli kimi saxlanılan bacılar cinayəti etiraf ediblər. Onlar atalarının təzyiqlərindən təngə gəldiklərini bildiriblər. 

Qonşuların sözlərinə görə, Xaçaturyanın həyat yoldaşı 4 il əvvəl evi tərk edib, 20 yaşlı oğlu isə başqa yerə köçüb. Qeyd edilir ki, qadının evdən getməsinin dəhşətli səbəbi var. Belə ki, iddiaya görə, Mixail xanımıyla cinsi münasibətdə olduğu zaman qızlarını buna baxmağa məcbur edirmiş.

Narkotik istifadəçisi olan 57 yaşlı Mixail qızları ilə birgə yaşayıb və tez-tez onları döyüb. O, evin hər yerinə kamera və mikrofonlar quraşdırıb, yeniyetmə qızlarını məktəbə buraxmayıb, onları daim izləyib. 

Cinayəti törədən Xaçaturyan bacıları hazırda təcridxanaya köçürülüb, barələrində cinayət işi açılıb. Polis Mixail Xaçaturyanın evində axtarış aparan zaman oradan çoxlu sayda silah-sursat, narkotik maddə aşkarlayıb. 

Aysel Kərimova