Qızlarımız 1/4-də mübarizə aparacaq

qizlarimiz-14-de-mubarize-aparacaq
Oxunma sayı: 669

Komandamızın (27-25, 18-15, 25-21, 25-18) qələbəsində 27 xal toplayaraq oyunun ən məhsuldar voleybolçusu seçilən Natalya Məmmədovanın əvəzsiz rolu olub. Xorvatiya kollektivindən isə ən məhsuldar voleybolçu adına 20 xal toplamış Maya Polyak sahib çıxıb. Qarşılaşmadan sonra komandamızın kapitanı Oksana Parxomkenka matç haqqında fikirlərini bölüşüb: “Bu gün çox həyəcanlı oyun keçdi. Biz yaxşı başa düşürdük ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu oyun bizim üçün son şansdır. Komandamız Xorvatiya ilə oyunda müdafiədə xüsusən güclü idi”.

Qeyd edək ki, voleybolçularımız ¼ finalda mübarizə aparmaq üçün Hollandiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcəklər. ¼ finalın digər iştirakçısı isə Türkiyə-İspaniya görüşündə müəyyənləşəcək. Yeri gəlmişkən Türkiyə seçmə komandası qrupumuzda baş tutan digər görüşdə İtaliya kollektivini 3:2 hesabı ilə məğlub edərək qitə birinciliyində mübarizə aparmaq hüququ qazanıb.