Qızlarımız bolqarları məyus etdi

qizlarimiz-bolqarlari-meyus-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Natura” meydançasında baş tutan qarşılaşma Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İyulun 12-də, saat 18:00-da, Qəbələdə bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu ilin sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək Dünya Çempionatında iştirak edəcək.