Qızlarımız yenə uduzdu

qizlarimiz-yene-uduzdu
Oxunma sayı: 655

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, millimiz bu dəfə də qalib gələ bilməyib. A qrupunda Kanada ilə qarşılaşan qızlar 0:1 hesabı ilə məğlub olub və mundialı tərk edib.

Çempionatın bu gün baş tutan oyunlarının nəticələrini təqdim edirik:
A qrupu

KANADA – AZƏRBAYCAN - 1:0
Qol: V.Sanderson, 49.
Hakim: Klaudia Umpierres (Uruqvay).

KOLUMBİYA – NİGERİYA - 0:3
Qollar: Ayinde, 32; 75, Duarte, 80-öz qapısına.
Hakim: Kardella Samuels (Yamayka).

B qrupu
29 sentyabr

QAMBİYA - FRANSA - 2:10
Qollar: Penda, 48, Sissohor, 69 - Kosin, 11; 81, Metta, 25-öz qapısına, Deklerk, 35; 78; 85, Qerbi, 53, Diani, 71, Bati, 79, Boyanq, 90-öz qapısına.
Hakim: Finau Vulivuli (Fici).

ABŞ - KXDR - 1:1 (1:1)
Qollar: Jenkins, 2 - Ri Un Sim, 4.
Hakim: Katalin Kulskar (Macarıstan).
Beləcə, Azərbaycan və Kolumbiya mundialla erkən vidalaşmalı olub. Nigeriya və Kanada isə 1/4 finala vəsiqə qazanıblar.