Qızlarımızın məğlubiyyəti təcrübəsizliklə bağlıdır

qizlarimizin-meglubiyyeti-tecrubesizlikle-baglidir
Oxunma sayı: 631

Bu sözləri bugün 17 yaşadək qızlar arasında Azərbaycanda keçirilən dünya çempionatının Azərbaycan-Kolumbiya matçından sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Sissi Rayt deyib.

“Qafqazinfo”nun Qol.Az-a istinadən verdiyi məlumata görə, alman məşqçi məğlubiyyətin səbəbini təcrübəsizliklə əlaqələndirib:

"Kolumbiya yığması beynəlxalq təcrübənin nə dərəcədə önəmli olduğunu bir daha bizə sübut etdi. Bizim komandamız cəmi iki ilin komandasıdır. Bu gün alınmadı, amma gələcəkdə uğurlar qazanmaq üçün əlimizdən gələni edəcəyik".