“Qızlarımızın qayğısına qalaq”

qizlarimizin-qaygisina-qalaq
Oxunma sayı: 645

“Qafqazinfo” AFFa-nın rəsmi saytına istinafən xəbər verir ki, tədbirdə qadınlardan ibarət BTİ (Təhsil) klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Komandaların üzvləri "İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq", "Zərərli vərdişlərdən uzaq olaq", "Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək" və s. bu kimi sosial yönümlü şüarlar səsləndiriblər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatıb. Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, AFFA və UNICEF Azerbaijan arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Birlikdə təşkil olunan treninqlər zamanı qızlara sağlam həyat tərzi (sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.