Qızlarımızın yeni baş məşqçisi

qizlarimizin-yeni-bas-mesqcisi
Oxunma sayı: 647

Belə ki, “Pyaçentsa”nı çalışdıran italiyalı mütəxəssis yaxın günlərdə ölkəmizə gəlib müqavilə bağlayacaq. Onunla 1 illik müqavilə bağlanacaq. Əgər Kaprara özünü yaxşı tərəfdən göstərərsə, növbəti ildə də “Azərreyl”də qalmaq ehtimalı olacaq.

Kapraranın karyerasına gəlincə, fəaliyyətə “Foppapedretti”də ikinci məşqçi kimi başlayan (1998-2000) çalışdırıcı burada Çempionlar Kubokunu (2000), İtaliya çempionluğunu (1999) və ölkə kubokunu (1999) qazanıb.

Ardınca “Redjo-Kalabariya” (2000-2001), “Sassuolo” (2001-2003), “Foppapedretti” (2003-2005), “Peruca” (2008-2009), “Pyaçentsa” (2009-2010, 2012-2013), “Novara” (2010-2012) və “Villa Kortese”də (2012-2013, hamısı İtaliya) baş məşqçi işləyib.

Təcrübəli mütəxəssis bu komandalarla Çempionlar Liqasının (2005), CEV kubokunun (2004), 2 dəfə İtaliya A seriyasının (2001, 2005) və 2 dəfə ölkə kubokunun (2001, 2013) qalibi olub. O, həmçinin 2002-ci ildə “Sassuolo”nu A2 Seriyasından güclülər dəstəsinə çıxarıb.

Kaprara İtaliyadan kənarda isə yalnız Rusiya millisində işləyib. 2005-2008-ci illərdə şimal qonşularımızın qadınlardan ibarət komandasını çalışdıran mütəxəssis onlara dünya çempionluğunu (2006), Qran-prinin gümüş (2006), 2 dəfə Avropa çempionatının bürünc medalını (2005, 2007) qazandırıb.

Maraqlıdır ki, “Azərreyl”in yeni çalışdırıcısı ölkəmizdə həyat yoldaşı İrina Kirillova ilə işləyəcək. Rusiya millisinin, ardınca Xorvatiya yığmasının ulduz voleybolçusu olmuş köməkçi hazırda “Uraloçka”da oynayan məşqçidir.

Qeyd edək ki, 2012-2013 mövsümündə “Azərreyl”i italiyalı Alessandro Çiappini çalışdırıb. Onun nəticəsi rəhbərliyi qane etmədiyindən mövsümün sonunda istefaya göndərilib.