Qlobal neft tələbatı artıb

qlobal-neft-telebati-artib
Oxunma sayı: 644


“Qafqazinfo” xəbər verir ki, agentliyin nəşr etdiyi neft bazarı hesabatına görə, ötən ilin iyul ayı ilə müqayisədə gündəlik tələbatda 840 min barel artım qeydə alınıb. Hesabatda buna OPEC üzvü olmayan ölkələrdə neft istehsalının artmasının səbəb olduğu bildirilir. Qeyd edilir ki, bu il qlobal neftə gündəlik tələbat 92,7 milyon barelə, artım isə orta hesabla 1 milyon barelə çatacaq. Proqnozlara əsasən, 2015-ci ildə bu göstərici 1,3 milyon barelə yüksələcək.