QMİ Avropa Şurasında təmsil oluna bilər

qmi-avropa-surasinda-temsil-oluna-biler
Oxunma sayı: 634


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Azərbaycanın dünyada tolerantlıq mənbəyi olduğunu bildirib. 

Görüşdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifi ilə çıxış edib.

Qabriella Battaini Draqoni bildirib ki, dini liderlərin dünyada baş verən proseslərə təsir gücü böyükdür və bu, önəmli məsələdir. Müxtəlif dinlərin nümayəndələrinin birlikdə mehriban şəraitdə yaşamaları çox müsbət haldır. Qafqaz müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifini yüksək qiymətləndirən qonaq bu cür təcrübənin mövcud olduğunu qeyd edib. Baş katibin müavini bu təklifin müzakirə ediləcəyini söyləyib.

Qabriella Battaini Draqoni, həmçinin Azərbaycanda mövcud tolerantlığın yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevirdiyini vurğulayıb.